"Space" telekanalı BAĞLANIR?

"Space" telekanalı BAĞLANIR?

Hazırda oxunan: "Space" telekanalı BAĞLANIR?
607652
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Space" televiziyası fəaliyyətini davam etdirir və efir plan üzrə sabit şəkildə həyata keçirilir".

Bizim.Media xəbər verir ki, bunu “apa.az”a açıqlamasında "Space" televiziyasının icraçı direktoru Nəriman Əbdüləliyev deyib.

O bildirib ki, hazırda kanal daxilində struktur və idarəetmə ilə bağlı optimallaşdırma prosesi aparılır:

"Bu addımlar fəaliyyətin daha effektiv və dayanıqlı modelə keçidini təmin etmək məqsədi daşıyır. Maliyyə məsələləri üzrə sistemli iş aparılır və mövcud öhdəliklərin mərhələli şəkildə tənzimlənməsi nəzərdə tutulur. Kadr dəyişiklikləri daxili idarəetmə qərarları çərçivəsində həyata keçirilir və bu kimi məsələlərlə bağlı əlavə şərh verməyi məqsədəuyğun hesab etmirik".

Nəriman Əbdüləliyev qeyd edib ki, mediada yayılan bəzi məlumatlar ümumi vəziyyəti tam əks etdirmir:

"Kanalın fəaliyyəti nəzarət altındadır və bütün proseslər plan üzrə idarə olunur".

Qeyd edək ki, bir neçə gün öncə Vado Korovin "Space" televiziyasının direktoru vəzifəsindən uzaqlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO