Paşinyandan Tramp marşrutu ilə bağlı açıqlama

Paşinyandan Tramp marşrutu ilə bağlı açıqlama

Hazırda oxunan: Paşinyandan Tramp marşrutu ilə bağlı açıqlama
607355
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nikol Paşinyan bildirib ki, İrəvan və Vaşinqton Tramp marşrutu (TRIPP) layihəsini qısa müddətdə həyata keçirmək istəyirlər.

Bizim.Media Ermənistan KİV-inə istinadən xəbər verir ki, Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatı zamanı qeyd edib ki, İrəvan Vaşinqtondan layihəyə ən yüksək səviyyədə marağın qorunması barədə təminat alıb.
 

"Son vaxtlar icra tempi daha da sürətlənib. Bir neçə gün əvvəl marşrut çərçivəsində elektrik ötürücü xətlərinin tikintisi məsələsi planlaşdırılmış müddətdən əvvəl müzakirə olunub. Layihənin tempinin sürətləndirilməsində Bakı da maraqlıdır", - deyə baş nazir qeyd edib.


Xatırladaq ki, bir ay əvvəl Nikol Paşinyan İran ətrafındakı hadisələrin TRIPP layihəsinin reallaşdırılma müddətini təxirə sala biləcəyini bildirmişdi.

Bu gün isə o, müəyyən narahatlıqların həqiqətən mövcud olduğunu qeyd edib. Lakin yaxın vaxtlarda layihəyə cəlb olunma səviyyəsinin yalnız artacağı vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO