
- A-
- A
- A+
İsmayıllıda AĞIR QƏZA – Ölən və yaralılar var – FOTO
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunda qeydə alınıb.
Belə ki, Hyundai və VAZ 21099 markalı minik avtomobillərinin toqquşması nəticəsində VAZ-ın sürücüsü 35 yaşlı Ayaz Mirzəyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Avtomobillərdə olan digər 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Hadisə yerinə DİN-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
DİN-nin mətbuat xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb və araşdırmalar davam etdirilir.
Bizim.Media, Aran bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































