Məşhur arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ

Məşhur arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Məşhur arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ
601329
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Arıqlamaq üçün istifadə olunan bəzi məşhur dərmanlar sümük və vətər problemləri riskini artıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
 

Təxminən 150 min xəstə üzərində aparılan araşdırmaya görə, GLP-1 əsaslı arıqlama preparatlarını qəbul edən insanlarda bir sıra sümük xəstəliklərinin yaranma ehtimalı daha yüksək ola bilər.


Tədqiqatda xüsusilə "Ozempic" və "Wegovy" kimi preparatlar nəzərdən keçirilib.

Məlumata görə, beş il ərzində bu dərmanları qəbul edən şəxslərdə osteoporoz riski təxminən 30 faiz, podaqra riski 12 faiz, sümük yumşalması riski isə 150 faizdən çox arta bilər. Alimlər həmçinin vətərlərin qırılması ehtimalının təxminən 50 faiz daha yüksək olduğunu bildiriblər.

Həkimlər vurğulayırlar ki, ümumi risk əksər insanlar üçün nisbətən kiçik qalır. Lakin yaşlı şəxslər və postmenopozal qadınlar üçün sınıq riskində hətta kiçik artım belə ciddi nəticələrə səbəb ola bilər.

Eyni zamanda qeyd olunur ki, tədqiqat hələ ekspertlərin tam elmi rəyindən keçməyib və nəticələr birbaşa səbəb-nəticə əlaqəsini deyil, yalnız statistik əlaqəni göstərir. (Crossmedia.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO