Pensiya və maaşların verilmə tarixi dəyişir? – 40 gün…

Pensiya və maaşların verilmə tarixi dəyişir? – 40 gün…

Hazırda oxunan: Pensiya və maaşların verilmə tarixi dəyişir? – 40 gün…
601133
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bayram ərəfəsində sosial ödənişlərin qrafikdən əvvəl verilməsi bir çox ailənin işini asanlaşdırdı. Lakin bu addımın başqa tərəfi də var. Əgər növbəti ay ödənişlər yenidən köhnə tarixlərdə həyata keçirilsə, sosial gəlirlə yaşayan insanlar təxminən 40 gün vəsait almaya bilərlər. Bu isə xüsusilə pensiya və müavinətlə dolanan ailələr üçün çətinlik yaradacaq.

Bəs bu riski azaltmaq üçün pensiya və müavinətlərin ödəniş tarixini daha erkən vaxta keçirmək mümkündürmü?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, hökumət bayram ərəfəsində insanların alış-verişi əvvəlcədən planlaşdıra bilməsi üçün pensiyaların daha erkən ödənilməsinə qərar verir:
 

“Bu, düzgün və məqsədəuyğun addımdır. İnsanlar bayrama hazırlaşmaq üçün ərzaq və digər zəruri məhsulları əvvəlcədən ala bilirlər. Bəzən qiymət artımı da müşahidə olunur və vətəndaşlar ehtiyaclarını daha erkən təmin etmək imkanı qazanırlar. Digər tərəfdən, hər bir insan şəxsi büdcəsini düzgün idarə etməlidir. Pensiya və ya müavinəti daha tez alan şəxs növbəti ödənişə qədər müddətin bir qədər uzun ola biləcəyini nəzərə almalıdır”.


İqtisadçı əlavə edib ki, pensiya və müavinətlərin verilməsinin vaxtının dəyişdirilməsi inandırıcı görünmür, o baxımdan erkən alan şəxslər xərclərini buna uyğun planlaşdırmalıdırlar:

“Bu, təkcə pensiya və müavinət alanlara aid deyil, maaş alanlara da şamil olunur. Məsələn, dövlət və ya özəl sektorda çalışan bəzi şəxslər maaşı ayın ortalarında alır və növbəti maaşa qədər müəyyən müddət gözləməli olurlar. Bu baxımdan hər kəs şəxsi büdcəsini düzgün idarə etməyi və vəsaitdən səmərəli istifadə etməyi bacarmalıdır. Əgər 21-22 martda ödənilməsi nəzərdə tutulan pensiya 15 martda verilsə, vətəndaşların növbəti ay gəlirsiz qalmaması üçün ödənişin ayın 17-18-də həyata keçirilməsi məqsədəuyğun olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO