
- A-
- A
- A+
İdman
12:58 / 13.02.2022
1 dəq oxunma
Maradonanın rekordunu bu futbolçu yenilədi
Hazırda oxunan: Maradonanın rekordunu bu futbolçu yenilədi
59940
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İtaliya millisinin və "Napoli"nin futbolçusu Lorentso İnsinye Neapol təmsilçisindəki qol sayına görə argentinalı əfsanəvi hücumçu Dieqo Maradonanı geridə qoyub.
Bizim.Media xəbər verir ki, 31 yaşlı forvard buna doğma meydanda "İnter"lə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XXV tur matçında fərqlənməklə nail olub.
Görüşün 7-ci dəqiqəsində penaltidən hesabı açan təcrübəli oyunçu "Napoli"də ümumilikdə 116-cı qolunu vurub.
Maradona isə bu komandanın heyətində rəqib qapılarından 115 top keçirib.
Qeyd edək ki, 1984-1991-ci illərdə "Napol"nin formasını geyinmiş Dieqo Maradona 2020-ci ildə 60 yaşında vəfat edib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































