İrqçi davranışına görə "Real"la oyunu BURAXACAQ

İrqçi davranışına görə "Real"la oyunu BURAXACAQ

Hazırda oxunan: İrqçi davranışına görə "Real"la oyunu BURAXACAQ
597902
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Benfika"nın hücummeyilli yarımmüdafiəçisi Cankuja Prestyanni Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Real"a qarşı keçiriləcək cavab oyununda iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, UEFA futbolçunun bir oyunluq müvəqqəti kənarlaşdırılması barədə qərar qəbul edib.

Futbolçunun cəzalandırılması qurumun Lissabondakı ilk matçla bağlı apardığı araşdırmanın aralıq hesabatına əsasən gerçəkləşib.
 

Xatırladaq ki, həmin görüşdə Vinisius Junior Prestyannini irqçi davranışlarda ittiham edib. "Benfika"nın oyunçusu isə braziliyalının onu səhv başa düşdüyünü iddia edib.


UEFA-dan bildirilib ki, ilkin araşdırmalar zamanı Prestyanni tərəfindən diskriminasiya xarakterli davranışın əlamətləri müəyyən edilib. Bu qərar həm də o deməkdir ki, araşdırmanın sonunda futbolçu daha uzunmüddətli diskvalifikasiya edilə bilər.

Qeyd edək ki, "Real" - "Benfika" qarşılaşması fevralın 25-də Madriddə keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO