Süni qiymət artımlarına nəzarət gücləndirilə bilər – Yeni təklif gündəmdə

Süni qiymət artımlarına nəzarət gücləndirilə bilər – Yeni təklif gündəmdə

Hazırda oxunan: Süni qiymət artımlarına nəzarət gücləndirilə bilər – Yeni təklif gündəmdə
646329
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Süni qiymət artımına nəzarətin gücləndirilməsi təklif edilib.

Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Nəsib Məhəməliyev Milli Məclisdə 2027-ci il dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.
 

Deputat bildirib ki, əməkhaqları, pensiya və müavinətlərin artımı ilə yanaşı, bazarda süni qiymət artımının qarşısının alınması və inflyasiyanın müəyyən həddə saxlanılması da diqqətdə olmalıdır:


"Çünki qiymətlərin artması, bəzi hallarda müəyyən bazar komponentlərinin həddindən artıq şişirdilməsi əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir".


Deputat, həmçinin, Qazaxıstanın Astana şəhərində Azərbaycanın səfirlik binasının tikintisi ilə bağlı narahatlığını ifadə edib.

O qeyd edib ki, binanın inşası zamanı ərazinin şimal bölgəsində yerləşməsi və yerli geoloji xüsusiyyətlərin lazımi səviyyədə öyrənilməməsi müəyyən problemlərə səbəb olub. Deputat gələcəkdə xoşagəlməz halların baş verməməsi üçün səfirlik binasının dayanıqlılığının yoxlanılmasını, zəruri texniki araşdırmaların aparılmasını təklif edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO