Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar

Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar

Hazırda oxunan: Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
646300
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa Parlamentinin bəzi üzvləri milli təhlükəsizlik və casusluq risklərini əsas gətirərək Çinin nəhəng avtomobil istehsalçısı BYD-yə qarşı sərt tədbirlər görülməsini tələb ediblər.

Bizim.Media xəbər verir ki, deputatlar şirkətin avtomobillərinin dövlət satınalmalarından kənarlaşdırılmasını və hərbi obyektlərə girişinə məhdudiyyət qoyulmasını istəyirlər.

Avropa Parlamentinin üzvü Fransua Kalfon və digər səkkiz deputat tərəfindən Avropa Komissiyasına və Fransa Baş naziri Sebastyan Lekornuya müraciət göndərilib.

Bəyanatda bildirilir ki, müasir Çin istehsalı olan avtomobillərdəki kameralar, GPS izləyiciləri, mikrofonlar və lazer sensorları həssas məlumatların toplanması üçün istifadə oluna bilər. Bu isə xüsusilə hərbi bazalar və strateji infrastruktur yaxınlığında ciddi hibrid təhlükəsizlik riskləri yaradır.
 

Digər ölkələrin bənzər addımlar atdığına diqqət çəkən parlamentarilər Böyük Britaniya və Polşanın Çin istehsalı olan nəqliyyat vasitələrinin hərbi obyektlərə girişini məhdudlaşdırdığını, ABŞ ordusunun isə Yaponiyadakı bazasında BYD avtomobillərini qadağan etdiyini xatırladıblar.


Fransanın hələ də bu cür tədbirlər görmədiyini vurğulayan deputatlar həm Paris hökumətini, həm də Aİ Komissiyasını hərbi və həssas zonalara girişləri məhdudlaşdırmağa, BYD-ni dövlət satınalmalarından kənarlaşdırmağa və Aİ-nin kibertəhlükəsizlik qaydalarına əsasən şirkəti “yüksək riskli təchizatçı” kimi təsnif etməyə çağırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO