
- A-
- A
- A+
Bakıda metro stansiyalarından biri yenidən qurulacaq
Bakı Metropoliteninin "qırmızı xətt"i üzrə fəaliyyət göstərən "Həzi Aslanov" stansiyası yenidən qurulacaq.
Bizim.Media xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti Lahiyələrinin İdarə Olunması Departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, metro stansiyasında yenidən tikinti quraşdırma işləri həyata keçiriləcək:
"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, 2030-cu ilə qədər "yaşıl xətt"in şərti adı "Y-17" olan, "Həzi Aslanov-2" metro stansiyası kimi tanınan stansiya istifadəyə verilməlidir. Stansiya istifadəyə veriləndən sonra "Həzi Aslanov" stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılacaq".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































