Lüksemburq işçi tapa bilmir

Lüksemburq işçi tapa bilmir

Hazırda oxunan: Lüksemburq işçi tapa bilmir
646306
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqının ən varlı dövlətlərindən sayılan Lüksemburqda ixtisaslı işçi çatışmazlığı getdikcə artır. Ölkədə aylıq xalis əməkhaqqı 4 600 avroya qədər yüksəlsə də, işəgötürənlər bir sıra vacib sahələr üzrə uyğun mütəxəssis tapmaqda çətinlik çəkirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Polşanın RMF24 nəşri məlumat yayıb.

Məlumata görə, Lüksemburqda ən çox maliyyə analitiklərinə, mühasiblərə, auditorlara, bank məsləhətçilərinə və investisiya fondlarının idarə olunması üzrə mütəxəssislərə ehtiyac var.

Maliyyə sektoru ilə yanaşı, informasiya texnologiyaları sahəsində də kadr çatışmazlığı müşahidə olunur.

Belə ki, yerli şirkətlər proqramçılar, proqram mühəndisləri, sistem administratorları, kibertəhlükəsizlik mütəxəssisləri və məlumat analitikləri axtarırlar.
 

İşçi çatışmazlığı hüquq, səhiyyə, sosial xidmət, tikinti və sənaye sahələrinə də təsir edib. Xüsusilə tibb bacıları, tibbi texniklər, yaşlılara qulluq edən şəxslər və sosial işçilərə tələbat yüksəkdir.


Bundan başqa, robototexnika, biotexnologiya, aviasiya və bərpaolunan enerji sahələri üzrə mühəndislər də əmək bazarında ən çox tələb olunan mütəxəssislər sırasındadır.

Qeyd edək ki, Lüksemburqda yüksək əməkhaqqına baxmayaraq, ixtisaslı kadrların tapılması işəgötürənlər üçün ciddi problem olaraq qalır. Bu vəziyyət ölkədə həm maliyyə, həm də texnologiya və xidmət sektorlarında mütəxəssislərə ehtiyacın artdığını göstərir.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO