
- A-
- A
- A+
Ukraynada onlayn seçkilər keçirilə bilər – Zelenski
“Ukrayna onlayn seçkilərin keçirilməsi imkanını nəzərdən keçirə bilər. Hökumət ölkədə seçkilərin onlayn keçirilməsi imkanını nəzərdən keçirə bilər. Lakin onun sözlərinə görə, müharibə şəraitində bunu həyata keçirmək olduqca çətindir”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “TASS”a açıqlamasında deyib.
Zelenski qeyd edib ki, seçkilər keçiriləcəyi təqdirdə Ukrayna vətəndaşlarının böyük bir hissəsi səsvermədə iştirak edə bilməyəcək.
“Silahlı qüvvələr ön cəbhədədir. Həmçinin, səsvermə imkanları olmadığı üçün hərbçilər də seçkilərin keçirilməsinə qarşı çıxırlar. Bu, ədalətlidirmi? Milyonlarla insan səngərlərdədir və texniki baxımdan belə bir seçkini təşkil etmək mümkün deyil”, – deyə Prezident bildirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































