
- A-
- A
- A+
Azərbaycanda ürək transplantasiyası gözləyənlərin sayı açıqlandı
Hazırda Azərbaycanda ürək transplantasiyası üçün gözləmə siyahısında 50-dən çox xəstə var.
Bizim.Media xəbər verir ki, bu barədə ürək-damar cərrahı Kamran Musayev Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin keçirdiyi seminarda bildirdi.
O qeyd etdi bu gozləyən xəstələr içərisində 5 yaşından 60 yaşa qədər xəstə var. Əsasən 20-40 yaşında xəstələrdir.
"On milyonluq ölkədə bu xəstələrə kömək etməyə imkan verəcək qədər donor olmalıdır. Ötən bir il ərzində dörd xəstəyə ürək transplantasiyası əməliyyatını uğurla həyata keçirmişik. Bu əməliyyatların hər birinin mümkün olması məhz ailələrin donor orqanlarını bağışlamaq qərarının nəticəsədir”.
K.Musayev bir daha insanları orqan donorluğu istiqamətində fəal olmağa, beyin ölümü baş vermiş yaxınların orqanlarını bağışlamağa çağırdı.
Şəfiqə Səfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































