Əli Əhmədov: “Azərbaycan ailələri gələcəyə daha ümidlə baxa bilər”

Əli Əhmədov: “Azərbaycan ailələri gələcəyə daha ümidlə baxa bilər”

Hazırda oxunan: Əli Əhmədov: “Azərbaycan ailələri gələcəyə daha ümidlə baxa bilər”
646301
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gələcəklə bağlı böyük ümidlər formalaşdıran əsas meyarlardan biri Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və bu sahədə geniş fürsətin aydın şəkildə müşahidə olunmasıdır. 
 
Bizim.Media xəbər verir ki, bunu parlament sədrinin birinci müavini Əli Əhmədov Milli Məclisdə bu gün keçirilən komitə iclaslarında 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
 

Deputat bildirib ki, 2026-cı il dövlət büdcəsində sosial xərclər, xərclərin ümumi büdcə xərclərinin təxminən 41%-ni təşkil etdiyi halda, 2027-ci il dövlət büdcəsində bu xərclərin 44%-dən artıq olacağı proqnozlaşdırılır.


"Ümumilikdə sosial sahəyə ayrılan büdcə vəsaitlərinin artım tempi büdcənin ümumi gəlirlərini və xərclərini artım tempini üstələyir ki, bu da Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında sosial dövlət modelinin daha ciddi iqtisadi əsaslara, büdcə əsaslarına istinad etdiyini  gələcəkdə daha da gücləndirələcəyinin sübut edilən çox ciddi faktlardır.

Güman edirəm ki, Azərbaycan vətəndaşları gələcəyə daha ümidlə baxa bilirlər, çünki ildən-ilə Azərbaycanın iqtisadiyyatının inkişafı insanlarımız üçün ayrıla biləcək dövlət vəsaitlərinin həcmlərini artırmağa imkan verir ki, bu da hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına kömək edir" , - deyə o qeyd edib.
 
Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO