Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

Hazırda oxunan: Hərbçimiz dəm qazından zəhərlənərək öldü
595757
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beyləqan rayonunda hərbi qulluqçu dəm qazından zəhərlənərək həyatını itirib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Qərib Qəribov Beyləqan şəhəri ərazisində kirayə götürdüyü yaşayış evində İran sobasının nasazlığı nəticəsində yaranan dəm qazından zəhərlənərək ölüb.

Bildirilir ki, mərhum əslən Şəki rayonundandır. O, Beyləqana yeni təyinatla göndərilib və müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi xidmət göstərib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO