“Çay içməyə vaxtım yoxdur” - Zelenski

“Çay içməyə vaxtım yoxdur” - Zelenski

Hazırda oxunan: “Çay içməyə vaxtım yoxdur” - Zelenski
595151
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədəki ağır enerji böhranı fonunda gündəlik fəaliyyətindən söz açıb.

Bizim.Media xəbər verir ki, dövlət başçısı hazırkı vəziyyətdə bütün vaxtını ölkənin ayaqda qalmasına sərf etdiyini bildirib.

“Mənim qəhvə, çay içməyə və ya gündə 300 nəşr oxumağa vaxtım yoxdur. Əgər vaxtımı bunlara ayırsam, işıq olmayacaq”, – deyə o qeyd edib.

Prezident həmçinin yaxşı bloqçu ola biləcəyini, lakin hazırda diqqətini yalnız dövlət işlərinə yönəltdiyini vurğulayıb.

Xatırladaq ki, Zelenskinin sözügedən bəyanatı Ukrayna enerji sisteminin kritik vəziyyətdə olduğu bir vaxta təsadüf edir. Belə ki, bu gün “Ukrenergo” ölkə boyu təcili elektrik kəsintilərinin tətbiq edildiyini açıqlayıb. Şirkətin məlumatına görə, paylayıcı şəbəkələrə dəyən ciddi ziyan əksər bölgələrdə qəzaların operativ aradan qaldırılmasına imkan vermir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO