Timçenko: “Ukrayna humanitar fəlakətin astanasındadır”

Timçenko: “Ukrayna humanitar fəlakətin astanasındadır”

Hazırda oxunan: Timçenko: “Ukrayna humanitar fəlakətin astanasındadır”
592413
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ukrayna humanitar fəlakətin astanasındadır və enerji sahəsində atəşkəsə ehtiyac var”.

Bizim.Media “Reuters” agentliyinə istinadla xəbər verir ki, Ukraynanın enerji sektorunun ən böyük özəl investoru olan DTEK şirkətinin baş direktoru Maksim Timçenko Davosda bildirib.
 

“Bizə enerji obyektlərinə qarşı hücumların dayandırılması lazımdır. Biz humanitar fəlakətə çox yaxınıq. İnsanlar gündə cəmi 3–4 saat elektrik enerjisi alır, sonra isə 10–15 saatlıq fasilə yaranır. Artıq bir neçə həftədir ki, çoxmənzilli binalar istiliksiz qalıb”, – deyə Timçenko vurğulayıb.


Onun sözlərinə görə, DTEK şirkəti istehsal güclərinin 60–70 faizini itirib və yüz milyonlarla dollar həcmində zərər çəkib.

Timçenko əlavə edib ki, enerji infrastrukturunun bərpası üçün 65–70 milyard dollar tələb olunur və əksər yerlərdə tamamilə yeni obyektlərin yaradılması zəruridir.

“Söhbət sadəcə bərpadan deyil, Ukraynada yeni enerji sisteminin qurulmasından gedir”, – deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO