
- A-
- A
- A+
Cəmiyyət
17:35 / 13.01.2026
1 dəq oxunma
Nəsiminin icra başçısı buna görə işdən çıxarılıb
Hazırda oxunan: Nəsiminin icra başçısı buna görə işdən çıxarılıb
590575
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakının Nəsimi rayonunun keçmiş icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.
Bizim.Media “Axar.az”a istinadən xəbər verir ki, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.
Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur “Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.
Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib. Ölkə başçısı isə dərhal qərarını verib.
Qeyd edək ki, Elxan İbrahimov Azərbaycam Prezidenti İlham Əliyevin 2025-ci il 12 noyabr sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, dekabrın 29-də isə vəzifəsindən azad olunmuşdu.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































