Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO

Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO

Hazırda oxunan: Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO
590390
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsində fəaliyyət göstərən "Qar-Daş Company" MMC-yə məxsus kənd təsərrüfatı məhsullarının satışı bazarında yoxlama aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı bazarda qida məhsullarının saxlanılması və satışına dair qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib:

"Belə ki, bəzi quş əti və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, məhsulların müvafiq temperatur rejiminə əməl edilmədən saxlanıldığı, həmçinin mal qonşuluğu qaydalarının pozulduğu aşkarlanıb. Eyni zamanda markalanması olmayan müxtəlif növ turşuların satıldığı məlum olub.
 

Bununla yanaşı, ərazidə dezinfeksiya işlərinin aparılmadığı, zərərvericilərə qarşı mübarizə tədbirlərinin görülmədiyi, bazarda çalışan bəzi işçilərin sanitar geyimlə təmin olunmadığı, qida ilə təmasda olan səthlərin gigiyenik tələblərə cavab vermədiyi və digər nöqsanlar qeydə alınıb.


Aşkarlanmış faktlarla bağlı müəssisə rəhbəri barəsində qanunvericiliyə uyğun olaraq inzibati qərar qəbul edilib, bazar isə nəzarətə götürülüb".



Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO - foto 1
Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO - foto 2
Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO - foto 3
Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO - foto 4
Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO - foto 5
Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO