Polis əməliyyat keçirdi: 21 nəfər saxlanıldı, 26 cinayətin üstü açıldı - FOTO

Polis əməliyyat keçirdi: 21 nəfər saxlanıldı, 26 cinayətin üstü açıldı - FOTO

Hazırda oxunan: Polis əməliyyat keçirdi: 21 nəfər saxlanıldı, 26 cinayətin üstü açıldı - FOTO
590021
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron Rayon Polis İdarəsi ərazi Polis Bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib.

Bizim.Media xəbər verir ki, tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 3 fakt aşkarlanıb.
 

Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 21 nəfər saxlanılıb, “isti izlərlə” 26 cinayətin üstü açılıb.


Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 82, xırda xuliqanlıq və xırda talama hadisələri ilə əlaqədar 38 fakt aşkarlanıb.

Tütün məmulatlarından istifadə normalarına əməl etməyən və məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilərək barələrində inzibati protokollar tərtib edilib.

Həmçinin, profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar və ov tüfənglərinin polisə könüllü təhvil verilməsi təmin edilib.
 

Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı isə spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 6, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 11 sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.


Gecə saatlarında Abşeron rayon sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan 37 motoxuliqan və məişət səs-küyü qaydalarını pozan 27 şəxs barəsində inzibati tədbir görülüb.

Polis Abşeron rayonunda qeyd edilən istiqamətlərdə profilaktik tədbirləri davam etdirir.

Polis əməliyyat keçirdi: 21 nəfər saxlanıldı, 26 cinayətin üstü açıldı - FOTO - foto 1
Polis əməliyyat keçirdi: 21 nəfər saxlanıldı, 26 cinayətin üstü açıldı - FOTO - foto 2
Polis əməliyyat keçirdi: 21 nəfər saxlanıldı, 26 cinayətin üstü açıldı - FOTO - foto 3
Polis əməliyyat keçirdi: 21 nəfər saxlanıldı, 26 cinayətin üstü açıldı - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO