Azərbaycanda minlərlə insan bayramdan imtina etdi

Azərbaycanda minlərlə insan bayramdan imtina etdi

Hazırda oxunan: Azərbaycanda minlərlə insan bayramdan imtina etdi
588499
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yeni il gecəsi Azərbaycanda minlərlə evdə işıqlar sönmür, süfrələr açılır, saatlar 00:00-ı gözləyir. Amma bu gecə hamı üçün bayram deyil. Hər il olduğu kimi, bu il də minlərlə azərbaycanlı Yeni ili ailəsinin yanında yox, iş başında qarşılayır. Onlar üçün bayram gecəsi məsuliyyət, növbə və xidmət deməkdir.

Bizim.Media xəbər verir ki, xəstəxanalarda həkimlər, tibb bacıları və təcili tibbi yardım briqadaları fasiləsiz rejimdə çalışır.

Yeni il gecəsi yol-nəqliyyat hadisələri, qəfil səhhət problemləri və fövqəladə hallar artdığı üçün səhiyyə sistemi tam gücü ilə işləyir. Bir çox həkim üçün saat 00:00-da tost qaldırmaq yox, xəstənin vəziyyətini stabilləşdirmək əsas prioritet olur.

Eyni saatlarda polis əməkdaşları paytaxtdan bölgələrə qədər küçələrdə, meydanlarda və magistral yollarda asayişi qoruyur.

Bayram şənliklərinin təhlükəsiz keçməsi, kütləvi toplaşmalarda insidentlərin qarşısının alınması məhz onların üzərinə düşür. Postlarda, patrul maşınlarında və xidmət otaqlarında Yeni il sükutla qarşılanır.
 

Azərbaycan dəmir yollarında, hava limanlarında və avtovağzallarda da həyat dayanmir. Qatar maşinistləri, dispetçerlər, konduktorlar, stansiya növbətçiləri və texniki heyət minlərlə sərnişinin bayram günlərində təhlükəsiz şəkildə mənzil başına çatması üçün çalışır. Bir çoxları üçün Yeni il gecəsi relslərin üzərində, növbə cədvəlinə uyğun keçir.


Enerji, qaz, su və rabitə sahəsində çalışan növbətçi briqadalar da bu siyahının görünməyən qəhrəmanlarıdır. İşığın sönməməsi, istiliyin kəsilməməsi, əlaqənin davam etməsi üçün bayram gecəsi belə fövqəladə çağırışlara hazır vəziyyətdə olurlar.

Güc strukturlarında, hərbidə və bu kimi bilinməyən yerlərdə iş başında olanlarda bayramı qeyd etməyənlər sırasındadırlar.

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bayram gecəsi minlərlə insan cəmiyyətin fasiləsiz işləməsi üçün ailəsindən uzaq qalır. (Ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO