Azərbaycana keçən torpaqlara görə ermənilərin PUL DAVASI

Azərbaycana keçən torpaqlara görə ermənilərin PUL DAVASI

Hazırda oxunan: Azərbaycana keçən torpaqlara görə ermənilərin PUL DAVASI
586722
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində 6 sakin Azərbaycana keçən torpaq sahələrinə görə təklif olunan kompensasiyanın az olmasına etiraz edərək onu qəbul etməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, söhbət Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası çərçivəsində kəndin bir hissəsinin Azərbaycan nəzarətinə keçməsindən gedir.

Rəsmi qurumlar torpaq və əmlakını itirən sakinlərə kompensasiya təklif etsələr də, bəzi hallarda on minlərlə dollarla ölçülən bu məbləğlər kənd sakinlərini qane etməyib.
 

Tavuş vilayət administrasiyası məsələ ilə bağlı ətraflı məlumat verməkdən imtina edir. Rəsmilər bunu “dövlət sirri” ilə əsaslandırırlar və kompensasiyanın hesablanma mexanizmi, torpaq sahələrinin dəqiq həcmi və hüquqi statusu barədə açıqlama vermirlər.


Qeyd edək ki, delimitasiya prosesi Tavuş bölgəsində sosial narazılıqlar doğurub və Kirants kəndi bu etirazların mərkəzində olan yaşayış məntəqələrindən biri hesab olunur.

Ermənistanda müxalif qüvvələr və yerli əhali bu prosesi torpaq itkisi və təhlükəsizlik riskləri ilə əlaqələndirərək hökuməti sərt tənqid edirlər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO