Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlandı - BİRGƏ MƏLUMAT/FOTO

Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlandı - BİRGƏ MƏLUMAT/FOTO

Hazırda oxunan: Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlandı - BİRGƏ MƏLUMAT/FOTO
585686
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, tərkibində kadmium və qurğuşun olan məhsulların 6 ədədi "Sevinc Mall" Ticarət Mərkəzində yerləşən "Sinsay" mağazasına göndərilib:

"Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib.
 

Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək.


Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq".

Vurğulanıb ki, hazırda AQTA və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO