Firudin Qurbanov: “Xurafata yönələn paylaşımlar gənclərin səhv qərarlar verməsinə gətirib çıxarır”

Firudin Qurbanov: “Xurafata yönələn paylaşımlar gənclərin səhv qərarlar verməsinə gətirib çıxarır”

Hazırda oxunan: Firudin Qurbanov: “Xurafata yönələn paylaşımlar gənclərin səhv qərarlar verməsinə gətirib çıxarır”
585585
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sosial mediadakı xurafata, radikalizmə yönələn kontentlərlə tanışlıq gənclərin səhv qərarlar verməsinə gətirib çıxarır”. 

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda bildirib. 

"Bu işdə təhsil sisteminin böyük məsuliyyəti var. Bu prosesdə dini mədəniyyətin də rolu böyükdür. Dünyanı dərk etmək üçün üç yol var: Elm, incəsənət və din. 

Təhsil sistemində dini komponentə diqqət yetirilir. Bu, orta məktəblərdə həyat bilgisi, tarix, Azərbaycan dili, ali təhsil müəssisələrində fəlsəfə, tarix dərsliklərində əks olunur. Təhsilin əsas məqsədi mənəvi-əxlaqi dəyərləri də aşılamaqdır. Biz gələcək üçün milli-mənəvi dəyərlərə əsaslanan gənclərimizi formalaşdırmalıyıq”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO