“Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar...” – VİDEO

“Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar...” – VİDEO

Hazırda oxunan: “Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar...” – VİDEO
584846
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Səhər saat 8-də evdən çıxdılar. Saat 2-dən sonra bizimlə əlaqə saxladılar. Ancaq mühərrikin səsindən nə dediklərini anlamadıq”.
 

MÖVZU İLƏ BAĞLI:

Astarada iki balıqçı İTKİN DÜŞDÜ


Bizim.Media xəbər verir ki, bunu Astara rayonu ərazisində itkin düşən balıqçı Ağadədə Həsənovun əmisi bildirib.

“Saat 4-də ehtimal etdik ki, yanacaqları bitib. Bundan sonra qayıq göndərdik və aidiyyəti qurumlara məlumat verdik. Səhərədək dayanmadan axtarış aparılıb. Burada batmaq ehtimalı yoxdur, yanacaq bitə bilər və ya mühərrikin nasaz olması ehtimalı var.
 

Belə hallarda isə mütləq şəkildə helikopter lazımdır. Yoxsa onları xilas etmək olmaz. Ya da bizə Xarici İşlər Nazirliyindən məlumat verilsin, bəlkə, uşaqlar İrana gedib çıxıblar”, - deyə o əlavə edib.


Qeyd edək ki, Xəzər dənizində qohum olan iki nəfər itkin düşüb. Bunlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.

Daha ətraflı İctimai TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO