“Qış yumurtası” rekord qiymətə hərraca ÇIXARILDI - FOTO

“Qış yumurtası” rekord qiymətə hərraca ÇIXARILDI - FOTO

Hazırda oxunan: “Qış yumurtası” rekord qiymətə hərraca ÇIXARILDI - FOTO
583000
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sonuncu Rusiya imperatoru II Nikolayın kolleksiyasından olan "qış yumurtası" “Faberge” Londonda hərraca çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Christie's” hərrac evi məlumat yayıb.

"4000-dən çox brilyantla bəzədilmiş və mürəkkəb oyma ağ kvars meşə anemonlarını üzə çıxarmaq üçün açılan “qış yumurtası” “Faberge” Evi tərəfindən yaradılan ən dəbdəbəli işlərdən biridir. O, dekabrın 2-də Londonda hərraca çıxarılacaq", - məlumatda deyilir.
 

Qeyd edək ki, yumurta qaya kristalından hazırlanıb və platinlə işlənmiş zərif qar dənəciyi naxışı ilə örtülüb. O, II Nikolay tərəfindən 1913-cü ildə Pasxa hədiyyəsi olaraq anası Mariya Fedorovna üçün sifariş edilmişdi.


Bu yumurtanın qiymətinin 2007-ci ildə “Christie's”də Rotşildlər ailəsi üçün yaradılmış başqa bir “Faberge” yumurtası üçün qoyulmuş 18,5 milyon dollarlıq rekordu ötəcəyi gözlənilir. Onun 26 milyon dollara satılacağı ehtimal edilir.

“Qış yumurtası” rekord qiymətə hərraca ÇIXARILDI - FOTO - foto 1
“Qış yumurtası” rekord qiymətə hərraca ÇIXARILDI - FOTO - foto 2
“Qış yumurtası” rekord qiymətə hərraca ÇIXARILDI - FOTO - foto 3
“Qış yumurtası” rekord qiymətə hərraca ÇIXARILDI - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO