"Marsel"in oyununun vaxtı dəyişdirildi - "Qarabağ"a görə 

Hazırda oxunan: "Marsel"in oyununun vaxtı dəyişdirildi - "Qarabağ"a görə 
58264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"in fevralın 27-də Liqa 1-in 26-cı turunda "Trua" ilə keçirəcəyi görüşün başlama saatı dəyişdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytı məlumat yayıb.  

Belə bir qərar qəbul edilməsinə səbəb isə fevralın 24-də Bakıda Ağdam klubunun qonağı olacaq "Marsel"in məsafənin uzaqlığını və yol yorğunluğunu nəzərə alaraq LFP-yə müraciət etməsidir.

Nəticədə qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 16:00-da deyil, saat 20:05-də başlayacaq. 

Qeyd edək ki, "Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də Fransada keçirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO