Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır – Həkimdən XƏBƏRDARLIQ

Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır – Həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır – Həkimdən XƏBƏRDARLIQ
580425
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son zamanlar uşaqlar arasında yalnız qızdırma ilə müşahidə olunan xəstəlik yayılıb. Belə ki, xəstəlik daşıyıcısı olan uşaqlarda yüksək temperatur və halsızlıq əlamətləri görülür. Əksər valideynlər bunu qriplə qarışdırır. Həkimlər isə xəstəliyin qriplə əlaqəli olmadığını bildirir.

Tibb eksperti, terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında müşahidə edilən xəstəlik qrip deyil:

“Bu gün uşaqlar arasında soyuqdəymə halları artıb. Qızdırma yüksək olanda valideynlər bunun da qrip olduğunu düşünürlər. Bu səbəbdən uşaqları qripi müalicə etdikləri dərmanlarla sağaltmağa çalışırlar. Lakin bu, qrip deyil.

Bu xəstəliyin adı FMF -  Aralıq Dənizi Qızdırması adlanır.

Bunu isə nə qədər müalicə etsən də, keçmir. Bir müddət sonra öz-özünə sağalır. Bəzən özünəxas müalicə forması olan bu xəstəlik genetik test və qan analizi verməklə müəyyənləşdirilə bilər. Yalnız bundan sonra qızdırma müalicəyə tabe olur”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO