İrandan sərhədlərin dəyişdirilməsi ilə bağlı daha bir açıqlama: “Azərbaycan və Ermənistan bizimlə…”

Hazırda oxunan: İrandan sərhədlərin dəyişdirilməsi ilə bağlı daha bir açıqlama: “Azərbaycan və Ermənistan bizimlə…”

56011

“Biz Qafqaz regionuna, xüsusən də sərhədimizin ən həssas bölgələrindən biri olan Cənubi Qafqaza çox həssas yanaşırıq”.

Bizim.Media fars mətbuatına istinadən xəbər verir ki, bunu İslam İnqilabı liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İranda həbs olunan vətəndaşlarımız Azərbaycana qaytarılır? – RƏSMİ CAVAB 


“Qafqazdakı qonşu dövlətlərimizin sərhədləri bizim üçün təhlükəsizlik effekti verir, yəni sərhədlərdə heç bir dəyişikliyi qəbul etmirik. Keçmiş və indiki təcrübə göstərir ki, ölkələrin sərhədləri dəyişdirilərsə, böhran ocağı yaranar və bunun necə bitəcəyi bilinmir. Önəmli məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan bizimlə ümumi sərhədə malikdir. Sərhədlərin dəyişməsinə və təbiətcə aqressiv olan ABŞ kimi ölkələrin orada məskunlaşmasına imkan verməyəcəyik”, - deyə Vilayəti bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO