Azərbaycanda toyuq ətinin qiyməti artmayacaq - QƏRAR

Azərbaycanda toyuq ətinin qiyməti artmayacaq - QƏRAR

Hazırda oxunan: Azərbaycanda toyuq ətinin qiyməti artmayacaq - QƏRAR
53176
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycana idxal olunan toyuq əti və toyuq hissələri üçün tətbiq edilən idxal gömrük rüsumu ilə bağlı güzəştlər daha iki il uzadılıb.

Bizim.Media-nın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Güzəştlər bu ilin sonundan 2023-cü ilin sonunadək uzadılıb və bununla bağlı idxal olunan toyuqlar və onların hissələrinin 1 kq-na 1 ABŞ dolları gömrük rüsumu tətbiq ediləcək.

Bundan öncə bu məhsulların 1 kq-na 15 %-lik idxal gömrük rüsumu tətbiq edilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO