Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - FOTO

Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - FOTO

Hazırda oxunan: Naxçıvanda döyüş atışlı taktiki təlimlər keçirilib - FOTO

51033

Əlahiddə Ümumqoşun Orduda bölmələr tərkibində döyüş atışlı taktiki təlimlər keçirilib.

Bizim.Media xəbər verir ki, təlimlərə motoatıcı və mexanikləşdirilmiş bölmələrlə yanaşı gücləndirmə bölmələri də cəlb edilib.

Təlimdə plana uyğun olaraq həyəcan siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılıb.

Müasir ümumqoşun döyüşünün planlaşdırılması, aparılması və döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə döyüş uzlaşmasına nail olunması məqsədilə motoatıcı və mexanikləşdirilmiş bölmələr dronlarla, tanklar və tank əleyhinə vasitələrlə gücləndirilib, minaatanların atəşi ilə dəstəklənib.

Yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirən bölmələrimiz tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində və yaxın dərinliyində yerləşən atəş vasitələri, canlı qüvvəsi və zirehli texnikası məhv edilib.
Döyüş tapşırıqlarının qısa zaman ərzində qətiyyət və uğurla yerinə yetirilməsi nəticəsində bölmələrin uzlaşmış fəaliyyətinə nail olunub.

Qeyd edək ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat Xidməti məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO