"Lukoil" “Şahdəniz” layihəsindəki payını 9,99 faizə endirdi

Hazırda oxunan: "Lukoil" “Şahdəniz” layihəsindəki payını 9,99 faizə endirdi
50042
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tərəfdaşları ilə mülkiyyət hüquqlarına riayət edilməsi məsələsi üzrə aparılacaq danışıqlardan sonra "Lukoil" şirkəti “Petronas”ın “Şahdəniz” layihəsindəki payından alacağı hissəni 15,5 %-dən 9,99 %-ə endirəcək.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Razılaşmanın məbləği isə 2,25 milyard ABŞ dollarından 1,45 milyard ABŞ dollarınadək azalacaq. Razılaşmanın 2022-ci ilin yanvar ayında qapadılması gözlənilir.

Müqavilə 2020-ci ilin oktyabrında elan edilib. Daha sonra “Lukoyl” layihədə 15,5%-i almaq və bununla da öz payını 10%-dən 25,5%-ə çatdırmaq niyyətində idi. Lakin dekabrda layihənin operatoru olan Britaniyanın BP şirkəti 28,8%-ə sahib olmaqla, öz payını 168 milyon dollar müqabilində 1,16% artırmaq qərarını verib.

Şahdəniz qaz-kondensat yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 70 km cənub-şərqdə yerləşir.

Layihə hasilatın pay bölgüsü sazişi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində kommersiya istehsalına 2006-cı ildə başlanılıb.

Şahdəniz layihəsinin digər iştirakçıları Böyük Britaniyanın BP (operator, payı 28,8%), Türkiyənin TPAO (19%), Azərbaycanın SOCAR (10%), İranın NICO (10%) və Azərbaycanın SGC (6,7%) şirkətləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO