Qurban Qurbanov:

Qurban Qurbanov: "Heç nədən buraxılan qol bizə mane oldu" - VİDEO

Hazırda oxunan: Qurban Qurbanov: "Heç nədən buraxılan qol bizə mane oldu" - VİDEO
50001
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Məğlubiyyətə baxmayaraq, mən futbolçularımı təbrik edirəm. Qarşımıza qoyulan minimum vəzifəni yerinə yetirdik. Bu gün qalib gəlməyi çox istəyirdik. Futbolçulara tapşırıq verilmişdi ki, heç bir halda geri çəkilməməliyik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə " UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, xeyli sayda qol epizodlarının bəzilərindən istifadə etmək lazım idi, amma həyəcan, heç nədən buraxılan qol bizə mane oldu.

“Futbolçularım bütün matçlarda eyni istək, eyni dinamika ilə oynadılar. Bu gün  rəqibimizi də təbrik edirəm. Onlar istəklərinə çatdılar. Oyunçularımın hər birini qucaqlayır, onlara gələcək görüşlərdə uğurlar arzu edirəm", deyə o, qeyd edib.

Xatırladaq ki, "Qarabağ" klubu dünən gecə “Bazel"ə 0:3 hesabı ilə məğlub olaraq pley-offa yüksəlib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO