“Barselona”nın Çempionlar Liqasındakı 17 illik seriyası qırıldı – Messi ilə başlamışdı

“Barselona”nın Çempionlar Liqasındakı 17 illik seriyası qırıldı – Messi ilə başlamışdı

Hazırda oxunan: “Barselona”nın Çempionlar Liqasındakı 17 illik seriyası qırıldı – Messi ilə başlamışdı
0:00
0:00
49779
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Barselona”nın Çempionlar Liqasındakı 17 illik seriyası başa çatıb.

Bizim.Media xəbər verir ki, Kataloniya klubu qrup mərhələsinin son turunda “Bavariya”ya 0:3 hesabı ilə məğlub olduqdan sonra 3-cü yeri tutub.

2004/05 mövsümündən başlayaraq hər il qrupdan çıxmağı bacaran İspaniya nəhəngi bu dəfə Avropa Liqasına yollanıb.

Barselonanın eyniadlı təmsilçisinin seriyası Lionel Messinin komandadakı ilk mövsümündə başlayıb. Uğurlu seriya argentinalının komandadan getdiyi ilk mövsümdə qırılıb.

Kataloniya təmsilçisinin Çempionlar Liqasının pley-offundan kənarda qalması sonuncu dəfə 2003/04 mövsümündə qeydə alınıb. Həmin il komanda turnirin qrupuna düşməyib.

“Barselona”nın qrupda oynayıb, mərhələ keçməməsi isə sonuncu dəfə 21 il əvvəl - 2000/01 mövsümündə yaşanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO