Koronavirusa yeni yoluxma və ölüm sayı açıqlandı

Hazırda oxunan: Koronavirusa yeni yoluxma və ölüm sayı açıqlandı

4871

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4219 yeni yoluxma faktı qeydə alınıb, 3562 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 162 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 99 892 nəfər müalicə olunaraq sağalıb, 1 793 nəfər vəfat edib, aktiv xəstə sayı isə 61 089 -dur.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 006, ötən müddət ərzində isə ümumilikdə 1 902 584 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO