Əlaqələndirmə Qərargahının iclası keçirildi - 1 il ərzində hansı işlər görülüb?

Hazırda oxunan: Əlaqələndirmə Qərargahının iclası keçirildi - 1 il ərzində hansı işlər görülüb?

48452

Bu gün işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti iclası keçirilib.

Bizim.Media xəbərverir ki, Prezidenti Administrasiyasının rəhbəri, Əlaqələndirmə Qərargahının sədri Samir Nuriyev keçirilən iclasın bir il ərzində görülmüş işlərin qiymətləndirilməsi baxımından xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb.

Samir Nuriyev azad edilən ərazilərin ən qısa zamanda bərpası və yenidən qurulması, bura qayıdışın tezliklə təmin edilməsi üçün həyata keçirilən tədbirlərin miqyasının və sürətinin daha da artırılmasının, qurumlararası koordinasiyanın və əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

İclasda Azərbaycan Respublikası Prezidentinin Qərargah qarşısında qoyduğu tapşırıqların icrasına dair məruzələr, həmçinin ötən bir il ərzində görülən işlər üzrə hesabatlar dinlənilib.

İclasda qarşıda duran vəzifələrin icrası ilə əlaqədar növbəti addımlar müəyyən olunub və müvafiq tapşırıqlar verilib.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO