5 qazi Türkiyədən sağalaraq döndü - FOTO

Hazırda oxunan: 5 qazi Türkiyədən sağalaraq döndü - FOTO

48203

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.

Bizim.Media xəbər verir ki, bunlar Əmrahov Ruslan Rəşid oğlu, Mikayılov Ruzigar Namiq oğlu, Ələkbərov Seymur Eyvaz oğlu, Salayev Namiq Həsən oğlu və Şirəliyev Mehman İbrahim oğludur.

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 35  qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO