Putin Paşinyanla görüşə başladı - DETALLAR - VİDEO

Putin Paşinyanla görüşə başladı - DETALLAR - VİDEO

Hazırda oxunan: Putin Paşinyanla görüşə başladı - DETALLAR - VİDEO
47871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya prezidenti Vladimir Putin Azərbaycan liderinin iştirakı ilə üçtərəfli danışıqlar başa çatdıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca görüş keçirir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.

Üç ölkə lideri arasında danışıqlar 3 saata yaxın davam edib. Ondan əvvəl Putin Azərbaycan prezidenti İlham Əliyevlə ayrıca görüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev, Putin və Paşinyan mətbuata bəyanatla çıxış etdilər


Üçtərəfli danışıqların gedişində tərəflər xüsusilə Qarabağ münaqişəsi zonasındakı vəziyyəti və onun həlli yollarını müzakirə edib, həmçinin son bir ildə münaqişənin sabitləşdirilməsi istiqamətində görülən işləri qiymətləndiriblər.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqları Dağlıq Qarabağda atəşkəs bəyannaməsinin imzalanmasının ildönümünə təsadüf edib və Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib.

2020-ci il sentyabrın sonunda Dağlıq Qarabağda uzunmüddətli münaqişənin davamına çevrilən və mülki əhali arasında itkilərə səbəb olan hərbi əməliyyatlar yenidən başlayıb.
 

Tərəflər atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd ediblər, lakin noyabrın 10-na keçən gecə əldə olunan üçtərəfli razılaşma uğurlu olub. Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan öz mövqelərində qalaraq atəşi tamamilə dayandırmaq, əsir və ölənlərin cəsədlərini dəyişdirmək barədə razılığa gəliblər.


Bundan başqa, Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycanın nəzarətinə keçib. Rusiya sülhməramlıları bölgədə, o cümlədən Laçın dəhlizində yerləşdirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO