
- A-
- A
- A+
Region
17:13 / 25.11.2021
1 dəq oxunma
Ermənistan parlamentinin sədrinə bahalı avtomobil alınır – Qiyməti 188 min dollardır
Hazırda oxunan: Ermənistan parlamentinin sədrinə bahalı avtomobil alınır – Qiyməti 188 min dollardır
47684
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ermənistan parlamentinin spikeri üçün 90 milyon dram (188 min dollardan çox) dəyərində xidməti BMW markalı avtomobil alınacaq.
Bizim.Media xəbər verir ki, bu barədə qərar hökumətin iclasında qəbul edilib.
Qərar layihəsinə verilən izahatda bildirilir ki, hazırkı BMW 750Li 2011-ci ildə buraxılıb. Bu baxımdan texniki qulluğuna çoxlu pul xərclənir.
Əvəzində BMW 750Li xDrive LCI avtomobilinin alınması təklif olunub. Üstəlik, avtomobilin alınması təcili hesab edilib.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan və hazırkı hakimiyyətin digər nümayəndələri tez-tez keçmiş rəhbərliyi xidməti avtomobillərin sayına və onların baha olmasına görə tənqid edirdilər.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






























































































