Putin Talibanı terrorçu siyahısından çıxarır – KABİLDƏN REAKSİYA

Putin Talibanı terrorçu siyahısından çıxarır – KABİLDƏN REAKSİYA

Hazırda oxunan: Putin Talibanı terrorçu siyahısından çıxarır – KABİLDƏN REAKSİYA

43080

Əfqanıstanda hakimiyyəti ələ alan Taliban Rusiya Prezidenti Vladimir Putinin radikal Taliban hərəkatının terror təşkilatları siyahısından çıxarılması ehtimalı ilə bağlı sözlərini alqışlayıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Əfqanıstan Xarici İşlər Nazirliyinin müvəqqəti hökumətdəki mətbuat katibi Əbdül Kahar Bəlxi bildirib.

"Əfqanıstan İslam Əmirliyinin Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin hərəkatın liderlərinin adlarının qara siyahıdan çıxarılması ilə bağlı açıqlamalarını alqışlayır. Müharibə başa çatdığı üçün dünya dövlətləri də Əfqanıstana münasibətdə müsbət dəyişikliklər etməlidir. Biz beynəlxalq birliklə yaxşı münasibətlər qurmağa çalışırıq”, - radikalların nümayəndəsi öz Twitter səhifəsində yazıb.

Oktyabrın 21-də “Valday” Beynəlxalq Klubunun iclasında çıxış edən Putin “Taliban”ın terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyünü etiraf edib və “bu istiqamətdə Moskvanın mövqeyinin yalnız irəliləcəyini” deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO