"Canavar” ləqəbli şəhidin anım mərasimi keçirildi - FOTO

Hazırda oxunan: "Canavar” ləqəbli şəhidin anım mərasimi keçirildi - FOTO

43055

Bu gün Xızı rayonu Vətən Müharibəsində qurban verdiyi 9 şəhiddən daha birinin, 20 yaşlı Alik Şakir oğlu  İsayevin şəhidlik gününü qeyd edib.

Xızı rayon İH başçısı Xəzər Aslanov, ictimaiyyət nümayəndələri, ailə üzvləri şəhid Alik İsayevin Xızı şəhər qəbristanlığındakı məzarını ziyarət ediblər, məzarına gül dəstələri qoyublar, ruhuna dualar oxuyublar.

Bizim.Media xəbər verir ki. əslən Gürcüstan Respublikasının Dmanisi rayonunun Hamamlı kəndindən olan Alik Xızıda doğulub.
 

MÖVZU İLƏ BAĞLI:

XTQ döyüşçüsü Həmid Abbasbəylinin ANIM GÜNÜ - FOTO


Hələ orta məktəbdə oxuyarkən qətiyyətliliyinə, dəmir iradəsinə və möhkəm bədən quruluşuna görə yaşıdlarından fərqlənib. "Canavar” ləqəbini də bu xüsusiyyətlərinə görə qazanıb. 

2019-ci ildə hərbi xidmətə yollanan Alik İsayev öz istəyilə Xüsusi Təyinatlı Qüvvələr bölümündə qulluq edib, üstəlik də kəşfiyyatçı kimi də özünü tanıdıb. Elə hərbi qulluqda  özünü dəmir iradəli əsgər kimi tanıtması Vətən Müharibəsində də karına gəlib.
 

Alik İsayev cəbhənin Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Xüsusi təyinatlı İsayev Şuşanın 14-cü km-də gedən qızğın döyüşlərdə ermənilərin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edərkən özü də qəhrəmancasına şəhid olub.


Xızının dəmir iradəli kəşfiyyatçı şəhidi Alik İsayev şəhadətə yüksələndən sonra dəmir yumruqlu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 8 döyüş təltifinə - "Vətən uğrunda", "Cəsur döyüşçü",  "Şücaətə görə", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasın görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülüb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO