Naxçıvanda komandir hazırlığı məşğələləri keçirildi - VİDEO

Hazırda oxunan: Naxçıvanda komandir hazırlığı məşğələləri keçirildi - VİDEO

41628

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığının qorunmasına və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.
 

MÖVZU İLƏ BAĞLI:

Daxili Qoşunların komandanı tapşırıqlar verdi 


Zabitlərə sıra, kəşfiyyat, taktiki, topoqrafiya və rabitə hazırlığından məşğələlər keçirilib, bölmələrdə texnikalara mövsümü texniki qulluğun göstərilmə qaydaları çatdırılıb.

Komandir hazırlığı məşğələlərinə cəlb edilmiş zabitlərin fiziki hazırlıq və müxtəlif ixtisaslar üzrə bilik və bacarıq səviyyələri yoxlanılıb.

Məşğələlərin yekununda bildirilib ki, zabitlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsində, müxtəlif silah sistemlərindən və silahlanmaya yeni daxil edilmiş hərbi texnikalardan istifadə bacarıqlarında, məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edilib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO