FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

Hazırda oxunan: FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

625923

Azərbaycan I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyulub.

Bizim.Media xəbər  verir ki, buna səbəb “dənizçilər”in futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirə bilməməsidir.

Problemi həll edilməyən oyunçu FİFA-ya müraciət edib.

Ali futbol qurumu Yakubunun şikayətini araşdırdıqdan sonra onu haqlı sayıb və “Səbail”ə transfer cəzası verib.

“Dənizçilər” bu müddətdə bir neçə yeni futbolçunun keçidini açıqlasa da, cəza səbəbindən onları qeydiyyatdan keçirə bilmir.

Yeni rəhbərliklə növbəti mövsüm iddialı olması gözlənən klub Mustafa Yakubuya qarşı öhdəliyini yerinə yetirə bilməsə, çətin vəziyyətdə qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO