Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

Hazırda oxunan: Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI

625935

2026-cı ilin iyununda may ayı ilə müqayisədə Bakıda torpaq və fərdi yaşayış evləri bahalaşıb.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən bildirilib.

Məlumata görə, iyunda inzibati rayonlar üzrə torpaq bazarında ən yüksək qiymət artımı Sabunçu, Suraxanı və Xəzər rayonlarında qeydə alınıb.

Belə ki, Sabunçuda bahalaşma 3,7%, Suraxanıda 3,5%, Xəzərdə isə 3,2% olub. Binəqədidə torpaq bazarında qiymətlər 3,3%, Qaradağda 3%, Xətaidə 2,9%, Səbaildə isə 2,8% artıb.

Bundan əlavə, Nərimanov rayonunun torpaq bazarında 2,7%-lik qiymət artımı qeydə alınıb. Yasamal, Nəsimi və Nizami rayonlarının hər birində qiymətlər 2,6%, Pirallahıda isə 2,3% yüksəlib.

Qeyd edək ki, paytaxtda fərdi yaşayış evləri üzrə ən yüksək bahalaşma Xəzər rayonunda (2,5%) qeydə alınıb. Sabunçuda qiymətlər 2,3%, Binəqədi və Suraxanıda 2,2%, Qaradağda isə 1,8% artıb.

Nərimanov, Xətai və Nizami rayonlarında artım 1,7%, Yasamal və Pirallahıda 1,6%, Səbail və Nəsimi rayonlarında isə 1,5% təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO