Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

Hazırda oxunan: Telefonunuza bu mesaj gəlibsə, dərhal məlumat verin - Onların yeri axtarılır

625938

Vətəndaşlara Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslər, eləcə də ehtimal olunan dəfn yerləri barədə məlumatların paylaşılması ilə bağlı çağırış xarakterli mesajlar göndərilir.

Mesajda deyilir:

“Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslər, o cümlədən ehtimal olunan dəfn yerləri barədə məlumatınız varsa, paylaşın. İtkinlərin taleyinin aydınlaşdırılmasına dəstək olun! www.scmp.gov.az. Qaynar xətt: 8161.”  

Maraqlıdır, bu mesajların yayılmasında məqsəd nədir və çağırışlar niyə məhz indi aktuallaşıb? Hazırda Azərbaycanda neçə nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır? Bu cür məlumatlandırma kampaniyaları axtarış prosesinə real töhfə verə bilərmi? İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi hansı hüquqi və beynəlxalq mexanizmlər əsasında həyata keçirilir?

Bizim.Media bildirir ki, “globalinfo.az” məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, itkin düşmüş şəxslərlə bağlı məlumatların qəbulu, idarə olunması və vətəndaş müraciətlərinin elektron qaydada həyata keçirilməsi məqsədilə Onlayn Sorğu Mərkəzi (Online Inquiry Center – OIC) istifadəyə verilib.

“Portal Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) arasında əməkdaşlıq çərçivəsində hazırlanmış Məlumat İdarəetmə Sistemi (Integrated Data Management System – iDMS) əsasında yaradılıb.

Yeni rəqəmsal platforma itkin düşmüş şəxslərlə bağlı məlumatların vahid elektron sistemdə idarə olunmasına, dövlət qurumları arasında operativ məlumat mübadiləsinin təmin edilməsinə, vətəndaş müraciətlərinin daha çevik araşdırılmasına, həmçinin itkin düşmüş şəxslərin ailə üzvləri ilə qarşılıqlı əlaqələrin müasir rəqəmsal müstəvidə təşkilinə xidmət edir”.

Komissiyadan qeyd olunub ki, sistem hazırlanarkən Azərbaycan qanunvericiliyinin tələbləri və qurumun fəaliyyət istiqamətləri nəzərə alınıb:

“Portal tam şəkildə Azərbaycan dilində fəaliyyət göstərir və məlumatlar ölkə ərazisində yerləşən serverlərdə saxlanılır. İstifadəçilər portal vasitəsilə itkin düşmüş şəxslər barədə yeni məlumat təqdim edə, Dövlət Komissiyasına elektron müraciət göndərə, ehtimal olunan məzar və ya dəfn yerlərini coğrafi koordinatlarla birlikdə göstərə, fotoşəkilləri, sənədləri və digər materialları sistemə əlavə edə, həmçinin araşdırmaların operativ aparılması üçün əlavə məlumatlar təqdim edə bilərlər.

Portalın əsas üstünlüklərindən biri vətəndaşlardan daxil olan məlumatların vahid elektron bazada sistemləşdirilməsi, təhlil olunması və aidiyyəti dövlət qurumlarına təqdim edilməsidir. Bu da axtarış, qazıntı, ekshumasiya və eyniləşdirmə proseslərinin daha səmərəli planlaşdırılmasına imkan yaradır.

Onlayn Sorğu Mərkəzindən istifadə etmək üçün Dövlət Komissiyasının rəsmi internet saytına daxil olmaq kifayətdir.

Dövlət Komissiyası itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə kömək edə biləcək hər hansı məlumata malik bütün vətəndaşları Onlayn Sorğu Mərkəzinin imkanlarından istifadə etməyə çağırır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO