“Mediada Azərbaycan dili” proqramı üzrə sertifikatların təqdimat mərasimi keçirilib.
Medianın İnkişafı Agentliyində “Mediada Azərbaycan dili” proqramı çərçivəsində keçirilən təlimlərin iştirakçılarına sertifikatların təqdim olunması mərasimi baş tutub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Televiziyası QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının təşkilatçılığı ilə Bakı, Lənkəran və Quba şəhərlərində keçirilən təlimlərdə iştirak edən media nümayəndələri sertifikatlarla təltif olunublar.
Sertifikatları media təmsilçilərinə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev təqdim ediblər.
Sertifikat alanlar arasında Bizim.Media informasiya portalının Şimal bürosunun müxbiri Aytəkin Alxaslı da yer alıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu































































































