Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

Hazırda oxunan: Rusiya İran güllərinə MƏHDUDİYYƏT qoydu - Ermənistana görə...

625874

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) İrandan Rusiyaya göndərilən güllərin sertifikatlaşdırılmasını dayandırmasını istəyib.

Bizim.Media xəbər verir ki, buna səbəb onların əslində Ermənistandan gəlməsi ehtimalıdır.

Rosselxoznadzor bildirib ki, İran güllərinin idxalı 2026-cı ildə əhəmiyyətli dərəcədə artıb.

Məlumatda vurğulanıb ki, İrandan göndərilən güllərin görünüşləri və qablaşdırmaları əvvəllər Ermənistandan idxal edilən məhsullara bənzəyir.
 

Sənədlərdə mənşə ölkəsi kimi İran göstərilsə də, məhsulun fiziki xüsusiyyətləri və qablaşdırması Ermənistandan gələn yüklərlə eyni olub.


İran tərəfi sorğulara cavab vermədiyi üçün Rosselxoznadzor danışıqlar və mənşəyinin təsdiqlənməsinə qədər yerli gül məhsullarının sertifikatlaşdırılmasının müvəqqəti dayandırılmasını istəyib.

Qeyd edək ki, mayın 22-dən etibarən Ermənistandan Rusiyaya gül daşınmasına qadağa qoyulub.

Melisa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO