Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların həcminin azı 50 (əlli) faizinin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumlarından azad ediləcək.
Bizim.Media xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Fərmana əsasən isə Nazirlər Kabineti gömrük rüsumundan azad olunmaqla Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilən Azad zonada onun hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısını və həmin malların Azad zonadan əsas iqtisadiyyata gətirilməsi qaydasını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:56 / 17.07.2026
Bəzi hüquqi şəxslər gömrük rüsumundan AZAD EDİLƏCƏK
Hazırda oxunan: Bəzi hüquqi şəxslər gömrük rüsumundan AZAD EDİLƏCƏK
Hazırda oxunan: Bəzi hüquqi şəxslər gömrük rüsumundan AZAD EDİLƏCƏK
625902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































