Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO

Hazırda oxunan: Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO
625937
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

107 yaşlı Bakı Dövlət Universiteti (BDU) 51 il xalqımızın cəlladlarından biri olan S.M.Kirovun adını daşıyıb.

Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, bu barədə tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev qeyd ediblər.

“Sovet İmperiyasının dağılması ərəfəsində - 19 fevral 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti BDU ilə bağlı fərman verdi.

Fərmanda deyilirdi:

“Azərbaycan Dövlət Universitetinə S.M.Kirovun adının verilməsi haqqında” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1939-cu il 16 aprel tarixli fərmanı qüvvəsini itirmiş hesab edilsin”. 

Bu fərman BDU-nun o vaxtkı rektoru Mirabbas Qasımovun 1990-cı il 23 fevral tarixli 9 saylı əmri ilə elan edildi.

BDU-nun tarixi ilə bağlı bu sənədin fotosunu “Bakı Dövlət Universitetinin tarixi” adlı kitabdan (müəlliflər: Ziyad Əmrahov və Samir İsmayılov) götürmüşük (səh. 293)”, - deyə tarixçilər bildiriblər.

Tarixçilər BDU ilə bağlı daha bir sənəd yaydılar - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO