Nazir: “Rusiya-Azərbaycan münasibətlərində tam normallaşmaya nail olunub”

Nazir: “Rusiya-Azərbaycan münasibətlərində tam normallaşmaya nail olunub”

Hazırda oxunan: Nazir: “Rusiya-Azərbaycan münasibətlərində tam normallaşmaya nail olunub”

625890

“Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu məsələ bugünkü müzakirələr zamanı da qeyd olunub:

“Məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, dövlətlərimiz həmin mürəkkəb mərhələni geridə qoymağa və Rusiya-Azərbaycan münasibətlərinin bütün spektrini tam şəkildə normallaşdırmağa nail olub. Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub. Münasibətlərin tam formatda bərpası məhz bu səylərin nəticəsində həyata keçirilib”.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Rusiya çoxəsrlik tarixi, mədəni və humanitar əlaqələrlə birləşən qonşu dövlətlərdir:

“Ölkələrimiz arasında münasibətlər möhkəm xarakter daşıyır, xalqlarımız arasında sıx və dərin əlaqələr mövcuddur. Bu əlaqələr öz növbəsində dövlətlərarası münasibətlərin əsasını təşkil edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO